"Neftçi"nin sabiq forvardı ölümdən döndü - FOTO

"Neftçi"nin sabiq forvardı ölümdən döndü - FOTO
"Neftçi"nin sabiq hücumçusu Ernest Nfor ağır avtomobil qəzasına düşüb. Fanat.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının son turunda şərəfini qoruduğu "Əl-Vehda"nın növbəti matçından sonra evə qayıdarkən qəzaya uğrayıb.
Futbolçunun idarə etdiyi avtomobil qarşıdan gələn digər maşınla toqquşub. Avtomobilinə ciddi ziyan dəysə də, futbolçunun özünə demək olar ki, heç nə olmayıb. O, bunu özü bəyan edib: "Allaha şükürlər olsun ki, mən danışa, gəzə, hərəkət edə bilirəm. Sadəcə, bir az boynum ağrıyır".
Qeyd edək ki, Nfor 2013-2015-ci illər aralığında "Neftçi"də çıxış edib.
"Neftçi"nin sabiq forvardı ölümdən döndü - FOTO
"Neftçi"nin sabiq forvardı ölümdən döndü - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər