“Neftçi”nin Avropa Liqasındakı rəqibi “Baltsan” yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Malta təmsilçisi Cəunbi Kiprin AEK klubu ilə üz-üzə gəlib.
Görüş kiprlilərin böyük üstünlüyü şəraitində keçib. Hər hissədə rəqib qapısından 2 top keçirən Larnaka klubu 4:0 hesablı qələbəyə sevinib.
“Qeyd edək ki, “Neftçi” “Baltsan”la ilk oyununu iyunun 30-da səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.
Fanat.az