"Neftçi"nin rəqibində ciddi itki

"Neftçi"nin rəqibində ciddi itki
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda bu gün "Neftçi" ilə qarşılaşacaq "Mladost" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Duşan Laqator bugünkü görüşdə meydana çıxamayacaq.
Bakıdakı görüşdə hesabı açan futbolçu zədə səbəbindən 60-cı dəqiqə əvəzlənib. Zədəsinin ciddi olduğu bildirilən Laqator cavab görüşündə komandasına kömək etməyəcək.
Qeyd edək ki, bu gün keçiriləcək "Mladost" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə 2:2 bərabərlik qeydə alınıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər