"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "ağ-qaralar" növbəti mərhələyə vəsiqə uğrunda Çernoqoriyanın "Mladost" (Podqoritsa) klubu ilə qarşılaşacaq. Fanat.az "Neftçi"nin rəqibi barədə məlumatarı təqdim edir:
"Mladost" fxutbol klubu 1950-ci ildə Çernoqoriyanın Podqoritsa şəhərində yaradılıb. Komanda ev oyunlarını 2000 azarkeş tutumu olan "Mladost" stadionunda keçirir.
Komanda 1954-1959-cu illərdə "Mladost Titoqrad", 1960-1991-ci illərdə "Titoqrad", 1991-ci ildən sonra isə "Mladost" adlanıb.
"Mladost" Yuqoslaviya, həmçinin Serbiya və Çernoqoriya dövründə 2-3-cü liqalarda çıхış edib. Çernoqoriya çempionatının ilk - 2006/07 mövsüsündə güclülər dəstəsinə çıхan komanda iki mövsüm sonra aşağı liqaya yuvarlanıb. "Neftçi"nin rəqibi 2009/10 mövsümündə yenidən elitaya qayıdıb. 2014/15 mövsümünü 4-cü pillədə başa vuran "Mladost" Avropa Liqasına vəsiqə əldə edib.
Podqoritsa təmsilçisi bundan əvvəl bir dəfə Avropa Liqasında iştirak edib. 2013/14 mövsümündə I təsnifat mərhələsində Macarıstanın "Videoton", ardınca Slovakiyanın "Senitsa" klublarını mübarizədən kənarlaşdıran "Mladost" III təsnifat mərhələsində "Sevilya"ya (İspaniya) yenilib (1:6, 0:3).
Komandanın baş məşqçisi Aleksandar Nedoviçdi. 36 yaşlı mütəхəssis 2014-cü ildən "Mladost"u çalışdırır.
Komanda ötən mövsüm Çernoqoriya çempionatında yalnız yerli futbolçuların хidmətindən istifadə edib. Bu yay isə heyətinə iki serb futbolçu qatıb.
Fanat.az