"Neftçi"nin qənimi və "Trabzonspor" qələbə qazandı

"Neftçi"nin qənimi və "Trabzonspor" qələbə qazandı
Avropa Liqasının II təsnifat mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, bu gecə qitə arenalarında 33 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçilərindən "Qəbələ" Serbiyada "Çukariçki"nin qonağı olub və 0:1 hesabı ilə yenilib. "İnter" isə İslandiyada "Hafnarfyordur"la qarşılaşıb. Premyer Liqanın gümüş mükafatçısı 2:1 hesablı qələbə qazanıb.
Türkiyənin bu mərhələdə mübarizəyə başlayan tək təmsilçisi "Trabzonspor" evdə meydana çıxıb. Qara dəniz təmsilçisi Lüksemburqun "Differdanj" klubunu bir qolla yenib - 1:0.
II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran "Mladost" Albaniyada "Kukesi"nin qonağı olub. Çernoqoriya klubu səfər oyununda 1:0 hesablı qələbə qazanıb.
Ermənistanın hər iki təmsilçisi uduzub. "Alaşkert" Qazaxıstanda "Kayrat"a 0:3, "Şirak" İsveçdə AİK-ə 0:2 hesabı ilə yenilib. "Şirak"ın 3 futbolçusu qırmızı vərəqə alıb.
Gecənin ə məhsuldar oyunu və ən böyük qələbəsi Belçikada qeydə alınıb. "Şarlerua" evdə İsrailib Beytar klubunu 5:1 hesabı ilə yenib.
Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 21-23 iyulda keçiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
16 iyul
Kayrat (Qazaxıstan) - Alaşkert (Ermənistan) 3:0
Qollar: İslamxan, 14. Qohu, 55. Despotoviç, 69.
Yelqava (Latviya) - Rabotniçki (Makedoniya) 1:0
Qol: Kluskins, 87.
Daçiya (Moldova) - Jilina (Slovakiya) 1:2
Qollar: Mixayilov, 80 - Jeliç, 53; 59. 
Randers (Danimarka) - Elfsborq (İsveç) 0:0
Skonto (Latviya) - Debretsen (Macarıstan) 2:2
Qollar: Karasaukas, 27; 47 - Tisza, 9. Kastillion, 72. 
Şaxtyor (Belarus) - Volfsberger (Avstriya) 0:1
Qol: İnçlan, 62.
AİK (İsveç) - Şirak (Ermənistan) 2:0
Qollar: Qoytom, 29; 83.
Qırmızı vərəqələr: Hovhannisyan, 69. Malakyan, 80. Barikyan, 85 (Şirak).
Apollon (Cənubi Kipr) - Trakai (Litva) 4:0
Qollar: Kolokoudias, 21; 64. Stoyanoviç, 52. Roşa, 87.
Beroe (Bolqarıstan) - Brondbü (Danimarka) 0:1
Qol: Albreştsen, 85. 
Çerno More (Bolqarıstan) - Dinamo (Belarus) 1:1
Qollar: Koureur, 11 - Politeviç, 72.
Hapoel (Beer-Şeva, İsrail) - Tyun (İsveçrə) 1:1
Qollar: Hoban, 26 - Frontino, 87-pen.
Koper (Sloveniya) - Hayduk (Xorvatiya) 1:2
Qollar: Haliloviç, 7. Rahmanoviç, 17; 41 - Miloviç, 29. Niziç, 90.
Mlada (Çexiya) - Stromsqodset (Norveç) 1:2
Qollar: Bartl, 39 - Sorum, 44. Olsen, 53.
Şarlerua (Belçika) - Beytar (İsrail) 5:1
Qollar: Pollet, 10; 68. Kebano, 47; 90+3. Stevanse, 88 - Qabbay, 35.
Qırmızı vərəqələr: Daşa, 45+3. Pablo, 76 (Beytar).
 
Kukesi (Albaniya) - Mladost (Çernoqoriya) 0:1
Qol: Lakiç, 52.
Kopenhagen (Danimarka) - Nyu Taun (Uels) 2:0
Qollar: Verbiç, 3. Kusk, 74.
Vaduts (Lixtenşteyn) - Nomme Kalyu (Estoniya) 3:1
Qollar: Kikkone, 20. Meumayr, 53; 90+2.
Lokomotiva (Xorvatiya) - PAOK (Yunanıstan) 2:1
Qollar: Kolar, 30. Andriyaseviç, 45+1 - Mak, 90+2.
Trabzonspor (Türkiyə) - Differdanj (Lüksemburq) 1:0
Qol: Mehmet Ekici, 44.
Spartak (Slovakiya) - Linfild (Şimali İrlandiya) 2:1
Qollar: Sabo, 16. Mikoviç, 35 - Kee, 21.
Qırmızı vərəqə: Nikoliç, 44 (Spartak).
Slovan (Slovakiya) - UCD (İrlandiya) 1:0
Qol: Zrelak, 84.
Çukariçki (Serbiya) - Qəbələ (Azərbaycan) 1:0
Qol: Filip Stoykoviç, 53-pen.
Ferensvaroş (Macarıstan) - Jelezniçar (Bosniya və H.) 0:1
Qol: Beqanoviç, 90.
Yagelloniya (Polşa) - Omoniya (Cənubi Kipr) 0:0
Voyvodina (Serbiya) - Spartak (Latviya) 3:0
Qollar: Stanisavlyeviç, 6. Mrdakoviç, 16. Mickevics, 88 (avtoqol).
Slask (Polşa) - Göteborq (İsveç) 0:0
İnverness (Şotlandiya) - Astra (Rumıniya) 0:1
Qol: Budesku, 24.
Vest Hem (İngiltərə) - Birkirkara (Malta) 1:0
Qol: Tomkins, 90.
Legiya (Polşa) - Botoşani (Rumıniya) 1:0
Qol: Duda, 78.
Riyeka (Xorvatiya) - Aberdin (Şotlandiya) 0:3
Qollar: Konsidine, 38. Pavlett, 52. Maklean, 75. 
Şemrok Rovers (İrlandiya) - Odd Qrenland (Norveç) 0:2
Qollar: Okkean, 53; 67.
Hafnarfyordur (İslandiya) - İnter (Azərbaycan) 1:2
Qollar: Atli Qudnason, 39-pen - Nika Kvekveskiri, 54-pen. Dieqo Martins, 61.
Qırmızı vərəqə: Robert Oskarsson, 50 (Hafnarfyordur).
Reykyavik (İslandiya) - Rusenburq (Norveç) 0:1
Qol: Helland, 55-pen.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər