"Neftçi"nin oyunu çernoqoriyalı hakimlərə tapşırıldı

"Neftçi"nin oyunu çernoqoriyalı hakimlərə tapşırıldı
Avropa Liqasında I təsnifat mərhələsində “Neftçi”nin Maltanın “Baltsan” klubu ilə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. 
Fanat.az xəbər verir ki, “Baltsan” - “Neftçi” matçının baş hakimi çernoqoriyalı Yovan Kaludyeroviç olacaq. Ona həmyerliləri - Daniel Deviç və Vladan Todoroviç kömək edəcək. Dördüncü hakim funksiyasını Mileta Şçepanoviç yerinə yetirəcək.
UEFA nümayəndəsi Miçal Mertinyak (Slovakiya), hakim-inspektor isə Vaslav Krondl (Çexiya) olacaq.
Qeyd edək ki, bu oyun iyunun 30-da “Hibernians” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər