zərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov "SOCAR Turkey Energy" şirkəti İdarə Heyətinin dünənki qərarı ilə "SOCAR Turkey Energy"nin baş direktoru təyin edilib.
Fanat.az xəbər verir ki, Zaur Qəhrəmanov bu vəzifədə 2008-ci ildən "Petkim Holding" və "SOCAR Turkey Energy"nin baş icraçı direktoru (CEO) olan və tutduğu postdan istefa verən Kənan Yavuzu əvəz edib.
Deməli, cənab Qəhrəmanov bundan sonra vaxtının çox hissəsini ölkədən kənarda keçirməli olacaq. Bu isə "Neftçi"nin Müşahidə Şurasının da üzvü olan Zaur bəyin ölkə futbolundan, klubun idarəedilməsiylə bağlı qərarlardan və onların icrasına nəzarət imkanından məhrum olması anlamına gəlir.
Xatırladaq ki, Zaur Qəhrəmanov "Neftçi"də Müşahidə Şurası yaradılan gündən ora üzv təyin olunub.
Fanat.az