"Neftçi"nin Müşahidə Şurasının 3 yeni üzvü müəyyənləşib. Fanat.az хəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verilib.
Bundan sonra məşqçi Əsgər Abdullayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Ədliyyə Nazirliyinin şöbə müdiri Mehdi Nəcəfov "Neftçi"nin Müşahidə Şurasında təmsil olunucaq.
Qeyd edək ki, Sadıq Sadıqov Cüdo Federasiyasına prezident təyin olunduqdan sonra klubdan ayrılıb. Bundan başqa Mübariz Zeynalov da dünyasını dəyişdiyi üçün şurada yeni üzlərə ehtiyac olub.
Fanat.az