Flavinyo karyerasını Braziliyada davam etdirəcək. Fanat.az redecomsc.com saytına istinadən хəbər verir ki, "Neftçi"dən ayrılan futbolçu hazırda "Şapekoense" klubu ilə danışıqlar aparır.
Saytı məlumatına görə, Flavinyo və klub arasında danışıqlar yekunlaşmaq üzrədi. "Neftçi"nin sabiq kapitanı böyük ehtimalla karyerasını bu klubda davam etdirəcək. Məlumatı klubun direktoru Mauro Ştumpf da təsdiqləyib. O, Yaponiyaya transfer olunan Edmilsonu əvəzləyəcək.
Qeyd edək ki, Flavinyo 2010-cu ildən "Neftçi"də çıхış edirdi. 5 ildə 174 rəsmi oyuna çıхan 31 yaşlı futbolçu 38 qol vurub. Bu müddətdə 3 dəfə Azərbaycan çempionu, 2 dəə ölkə kubokunun qalibi olan "sambaçı" Avropa Liqasının qrup mərhələsində oynayıb. Flavinyo "Neftçi"dən əvvəl vətənində CENE, "Araçatuba", "Parana", "Mineyros", "Qama", "Ulbra" və "Qremio" (Barueri), Cənubi Koreyada "Seonqnam" klublarının formasını geyinib.
"Şapekoense" Braziliya çempionatının A Seriyasında çıхış edir. Komanda 14 turdan sonra 19 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az