"Neftçi"nin ilk qələbəsi

"Neftçi"nin ilk qələbəsi
“Neftçi” Afyonkarahisardakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Səudiyyə Ərəbistanının “Əl-Fasali” klubu ilə qarşılaşıb. 
Görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 20-ci dəqiqədə Aylton açıb. Bundan sonra bir neçə qol epizodunu boşa verən komanda 90+1-ci dəqiqədə qapısında qol görüb. Buna baxmayaraq, cəmi 1 dəqiqə sonra Melli toru silkələyib. İspaniyalı futbolçu Rəhman Hacıyevin künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirib.
“Neftçi”nin start heyəti belə olub: Aqil Məmmədov, Melli, Elvin Bədəlov, Kamal Qurbanov, Aylton, Erik Ramos, Kaue, Rəhman Hacıyev, Araz Abdullayev, Samir Məsimov, Məhəmməd Qurbanov.
Sonradan meydana daxil olanlar: Borislav Stoyçev, Ruslan Qurbanov, Məqsəd İsayev, Fəhmin Muradbəyli.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər