AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Neftçi” futbolçusu Filyo Rodrigues "Qəbələ" ilə oyunun 80-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığından 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə olunub.
AZAL isə "Xəzər Lənkəran"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
Fanat.az