"Neftçi"dən ayrılan Karlos Kardosonun yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, braziliyalı futbolçu karyerasını İran çempionatında davam etdirəcək.
Belə ki, Kardoso "Traktorsazi"yə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Karlos artıq komanda ilə məşqlərə başlayıb.
Qeyd edək ki, Kardoso 2013/15-ci illərdə "Neftçi"də çıхış edib. Bu müddətdə o, 68 oyun keçirib və 6 qol vurub. Braziliyalı müdafiəçi vətənində "Komersial-SP", "Vitoriya", Portuqaliyanın "Estrela", Rumıniyanın "Panduri" və Rusiyanın "Alaniya" klublarında top qovub.

Fanat.az