"Neftçi"nin futbolçusu 1 oyunluq cəzalandı

"Neftçi"nin futbolçusu 1 oyunluq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının VII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib: 

* “Zirə” - “Neftçi” matçının 69-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Etibar Süleymanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

* “Kəpəz” - “Sumqayıt” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

* “Qəbələ” - “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər