"Neftçi"nin futbolçuları Çernoqoriyada dava saldı

"Neftçi"nin futbolçuları Çernoqoriyada dava saldı
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Çernoqoriya "Mladost"u arasında baş tutan cavab matçından sonra dava düşüb. Fanat.az xəbər verir ki, hakimin final fitindən dərhal sonra bakılı futbolçularla "Mladost"un oyunçuları arasında gərgin anlar yaşanıb.
Əlbəyaxaya çıxan komanda üzvlərini çətinliklə də olsa, ayırmaq mümkün olub. Nəticədə hakim "Mladost"dan Miloş S. Raduloviçə, "Neftçi"dən isə brazilyalı Ayltonla ehtiyat qapıçı Maksim Vayloya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, Bakıdakı oyunda 2:2 hesablı heç-heçəyə razılaşan bu klublar Podqoritsada 1:1 oynayıblar. Nəticədə, növbəti mərhələyə Çernoqoriya klubu çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər