"Neftçi" Avropa Liqasımın I təsnifat mərhələsi çərçivəsində Çernoqoriya təmsilçisi "Mladost"la cavab oyunu öncəsi son məşqini keçirib. Fanat.az xəbər verir ki, məşq Podqoritsa şəhərinin mərkəzi stadionunda baş tutub.
Qeyd edək ki, bu gün saat 23.30-da "Mladost" - "Neftçi" matçı məhz bu stadionda təşkil olunacaq. Komandalar arasında Bakıda keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatmışdı.
Fanat.az