"Neftçi"nin büdcəsi açıqlandı: 7 milyon...

"Neftçi"nin büdcəsi açıqlandı: 7 milyon...

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev ölkə.az-ın suallarını cavablandırıb. Fanat.az müsahibəni təqdim edir:

- Böyükağa müəllim futbol mövsümü başa çatdı. Hansısa klubdan təklif almısınızmı?

- Hələ ki, heç bir təklif yoxdu. Xaricdən bir menecerim gəlib, onunla danışıqlarımız davam edir.

- Meneceriniz hansı ölkədəndi?

- İrandan. Onunla söhbətimi bitirəndən sonra dəqiq söz deyə biləcəyəm.

- Yəqin ki, ölkədən kənarda işləmək perspektivi də var.

- İnşallah.

- Yerli klublardan təklif gəlsə, qəbul edəcəksiniz, yoxsa ancaq xarici komandada işləmək istəyirsiniz?

- Yerli nə klub var ki, sadala görüm.

- "Neftçi", "Qəbələ", "Qarabağ", "İnter" kimi klublarımız var...

- "Qarabağ"da Qurbandı, "Qəbələ"də Qriqorçukdu.

- AZAL da var.

- Mən hər klubda da işləmərəm.

- Yəni AZAL-a getməzsiniz?

- Bu reytinqi yığmamışam ki, havayı xərcləyəm.

- Mütləq iddialı klub olmalıdı?

- Bəli, əlbəttə. Kim çempionluq istəyirsə, o gəlməlidi mənim üstümə.

- Azərbaycanda bir komandanı çempion etməyə nə qədər büdcə lazımdı?

- 7 milyon versinlər mənə, istədiyin komandanı çempion edim.

- Hazırda klublarımızın büdcələri 7 milyondan çoxdu?

- "Neftçi"də büdcə 7 milyon idi. Vaxtı-vaxtında pulumuzu alırdıq.

- Sizdən sonra büdcə artırılmışdı?

- Ondan xəbərim yox idi. Mən öz dövrümə cavabdehəm. Bilirəm ki, 7 milyonu aşmırdı.

- Hazırda "Neftçi" çətin günlərini yaşayır. Sizcə, komandanın əsas problemi nədi?

- Bu suala cavab verə bilməyəcəyəm. Çünki qıraqda durmuşam, o mətbəxdən uzaqdayam.

- Təcrübəli mütəxəssis kimi gənc həmkarlarımızdan hansının işini bəyənirsiniz?

- Mirbağır İsayevin.

- Mütəxəssis kimi onun özəlliyi nədədi?

- Çox xarizmatik məşqçidi, öz işini bilir, işinə ciddi münasibəti var. Ona görə də Mirbağıra mütəxəssis kimi hörmət bəsləyirəm.

- "Neftçi"dən təklif olsa, üçüncü dəfə bu kluba qayıtmağınız mümkündü?

- Mən məşqçiyəm, azərbaycanlı oğluyam. Futbolumuzun istənilən nöqtəsi mənimçün şərəfdi. Gərək hardan təklif olsa, fikirləşəm.

- Avrokuboklara vəsiqə qazanan klublarımız bəlli olsa da, rəqiblər müəyyənləşməyib. Əgər münasib rəqiblər düşərsə, komandalarımızın şanslarını necə dəyərləndirirsiniz?

- Əgər indiki yanaşma olsa, Avropada çətinliklər yaşayacaqlar. Çempionatın son turlarında hamı yarı güclə oynayırdı. Gərək işə ciddi yanaşsınlar və toparlansınlar. Yoxsa çətin olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər