"Neftçi"nin baş məşqçisi rəsmən açıqlandı

"Neftçi"nin baş məşqçisi rəsmən açıqlandı

“Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda iki qərar qəbul edilib.

Bunlardan biri baş məşqçi məsələsi olub. Komandanın əcnəbi mütəxəssisə tapşırılması gözlənilsə də, Müşahidə Şurası fərqli qərar qəbul edib. Belə ki, Əsgər Abdullayev baş məşqçi postunda saxlanılıb.

Müşahidə Şurası əlavə olaraq klubun maddi xərclərinin mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırılmasına da qərar verib. Bu barədə İcraçı direktor Elnur Məmmədova müvafiq tapşırıq verilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər