"Neftçi"nin baş məşqçisi "Topaz" işlədir

"Neftçi"nin baş məşqçisi "Topaz" işlədir

Son dövrlər "Neftçi" intiriqaların baş alıb getdiyi kluba çevirilib. Yeni rəhbərliklə arzularına qovuşacağı gözlənilən klub az qala hər gün bir qalmaqalla çalxalanır. 

Paytaxt klubunda baş verənlərlə bağlı bu gün Fanat.az-a yeni məlumatlar daxil olub. Bu barədə redaksiyamıza kluba yaxın mənbə məlumat verib.

Bu dəfəki qalmaqalın mərkəzində "Neftçi"nin icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev və U-17 komandasının baş məşqçisi Elşad Əhmədov dayanır.

Məlumat üçün qeyd edək ki, Sadıq Sadıqovun vaxtında iki dəfə əvəzedici komandanın baş məşqçisi vəzifəsini tutan Elşad Əhmədov keçmiş prezidentin qərarı ilə postundan kənarlaşdırılmışdı. Sonuncu dəfə ardıcıl 8 oyunda qələbəyə həsrət qalan komandanın baş məşqçisi Zaqatalada "Simurq"la oyundan sonra düşən davanın da iştirakçısına çevirilmişdi. Bundan sonra Sadıq Sadıqovun qərarı ilə işdən kənarlaşdırılmışdı.

Keçmiş prezidentin gedişindən sonra Elşad Əhmədov yenidən "Neftçi"də peyda oldu. Bu barədə məlumat verən mənbə bildirilir ki, Mübariz Xudiyev klubda himayə etdiyi iki nəfərdən biri (müavinin himayə etdiyi digər şəxsin Vitali Kovalyov olduğu bildirilir) olan Elşad Əhmədovu Çingiz Abdullayevin qəbuluna apararaq ona yenidən vəzifə verilməsinə nail olub. İcraçı direktorun müavini Müşahidə Şurasının sədrinə onun Sadıq Sadıqov tərəfindən haqsız yerə işdən çıxarıldığını bildirərək U-17-nin baş məşqçi postuna təyin edilməsinə nail ola bilib.

Mənbə bildirir ki, "Neftçi"də Elşad Əhmədovun başçılıq etdiyi komandaya xüsusi diqqət var. Belə ki, qış fasiləsində klubun digər aşağı yaş qrupları üçün təlim-məşq toplanışı keçirilmədiyi halda, U-17 üçün yüksək səviyyəli toplanış təşkil olunub. Bundan başqa komandanın üzvlərinə hər gün banan, şokalad və digər qüvvətləndirici qidalar klub tərəfindən verilir. Halbuki, "Neftçi"nin digər komandaları bu nemətlərdən məhrum edilib. U-17-yə bu diqqətin səbəbi məlum deyil. Bəs klubun digər aşağı yaş qrupları üzrə komandalarına eyni diqqət niyə göstərilmir? Məgər həmin komandalarda oynayan yeniyetmə futbolçuların bunlara ehtiyacı yoxdu?

Elşad Əhmədovla bağlı başqa bir maraqlı məlumat əldə etmişik. Məlumatda bildirilir ki, baş məşqçi Bakıda "Topaz" məntəqəsi işlədir. Onun klubdan kənarda hansı işlə məşğul olması bizi maraqlandırmır. Amma "Neftçi" rəhbərliyinin buna münasibəti maraqlıdı. Belə ki, bir müddət əvvəl "Neftçi"nin Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov "Topaz" məntəqəsində çəkilən şəkilinə görə klubdan kənarlaşdırılıb. Amma klub rəhbərliyi "Topaz" məntəqəsi işlədən Elşad Əhmədova qarşı eyni addımı atmır. Bu ayrıseçkiliyin səbəbi yuxarıda da qeyd etdiyimiz kimi onun Mübariz Xudiyev kimi himayəçisinin olmasıdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər