Gürcü mütəxəssis Şota Arveladzenin yeni iş yeri bəlli olub. Fanat.az xəbər verir ki, Arveladze İsrailin paytaxtı Tel-Əviv şəhərini təmsil edən "Makkabi" komandasını çalışdıracaq.
Onun ildə 800 min avro əməkhaqqı alacağı bildirilir. Artıq İsraildə olan çalışdırıcı yeni müqaviləni imzaladıqdan sonra komandayla birlikdə Avstriyaya təlim-məşq toplanışı üçün yollanacaq.
Xatırladaq ki, ötən ay "Neftçi" Arveladzeylə danışıqlar aparmış, gürcüstanlı çalışdırıcı hətta Bakıya dəvət olunmuşdu. "Neftçi"ylə danışıqlar apardığını Şota özü də ölkəsinin mətbuatına təsdiqləmişdi. Amma klubun büdcəsi və yeni transferlərlə bağlı fikir ayrılığı danışıqların müsbət nəticələnməsinə imkan verməmişdi.
Fanat.az