"Neftçi"ni milyon dollarlıq sanksiya gözləyir - ŞOK

"Neftçi"ni milyon dollarlıq sanksiya gözləyir - ŞOK
2010-cu ilin avqustunda “Neftçi”yə transfer olunan, Belçika millisinin sabiq hücumçusu Emil Mpenza futbolçu kimi oynamadığı dövrün maaşını almaq üçün FIFA-ya şikayət edib. Fanat.az futbolinfo.az saytına istinadən xəbər verir ki, bu məsələdə “Neftçi”nin keçmiş rəhbərliyinin günahı olub. 
Belə ki, Mpenza yola salınarkən ona özünə yeni klub tapması üçün icazə sənədi verilib. Emillə razılaşdırılıb ki, o, klub tapana kimi maaşı klub tərəfindən ödəniləcək, yeni anlaşma imzalandıqdan sonra isə bakılılarla anlaşmasına xitam veriləcək. Mpenza Bakıdan ayrılan kimi “Neftçi” rəhbərliyi FIFA-ya şikayət ünvanlayıb. Ali futbol qurumu da məsələni araşdırıb və belçikalını haqlı çıxarıb. 
FIFA tərəfindən “Neftçi”yə göndərilən məktubda futbolçunun ödənilməyən milyon dollarlıq maaşının verilməsi tələb edilib. Tələbə əməl edilməzsə, “Neftçi”ni hesabından xal silinməsi, aşağı dəstəyə göndərilmə kimi sanksiyalar gözləyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər