Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXIX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"İnter" AZAL-ı 4:2 hesabı ilə yenib. Lider "Qəbələ" isə səfərdə ikinci pillənin sahibi "Sumqayıt"a iki cavabsız qolla qalib gəlib.
Turun qalan üç matçı bu gün keçirilib. "Neftçi" səfərdə "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə yenib. "Qarabağ" "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib. "Zirə" isə "Rəvan"ı darmadağın edib.
Əvəzedici heyətlər
2015/16 mövsümü
IV dövrə, XXIX tur
8 aprel
İnter - AZAL 4:2
Qollar: Mirhüseyn Seyidov, 58; 70. Vüsal Nağıyev, 65. Aqşin Quluzadə, 73 - Elmin Cabbarov, 26; 56.
Sumqayıt - Qəbələ 0:2
Qollar: Ülvi İbazadə, 34. Ülvi İsgəndərov, 90+1.
9 aprel
Rəvan - Zirə 0:3
Qollar: Muxtar Əliyev, 52. Təmkin Xəlilzadə, 65. Ülvi Süleymanov, 73.
Xəzər Lənkəran - Neftçi 0:2
Qollar: Orxan Sabirbəyli, 40. Rəsul Babazadə, 83.
Qarabağ - Kəpəz 3:2
Qollar: Fuad Kərimli, 29. Salman Cəfərov, 31. İbrahim Aslanlı, 75 - Fərid Məmmədov, 39. Juninyo, 85-pen.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 29 | 20 | 3 | 6 | 68-29 | 63 | |
| 2 | Sumqayıt | 29 | 15 | 7 | 7 | 56-33 | 52 | |
| 3 | Qarabağ | 29 | 14 | 8 | 7 | 45-27 | 50 | |
| 4 | Kəpəz | 29 | 13 | 9 | 7 | 45-36 | 48 | |
| 5 | Neftçi | 29 | 13 | 6 | 10 | 58-39 | 45 | |
| 6 | Zirə | 29 | 12 | 5 | 12 | 39:47 | 41 | |
| 7 | İnter | 29 | 10 | 3 | 16 | 48-57 | 33 | |
| 8 | Rəvan | 29 | 10 | 2 | 17 | 37-55 | 32 | |
| 9 | AZAL | 29 | 7 | 5 | 17 | 36-63 | 26 | |
| 10 | Xəzər Lənkəran | 29 | 6 | 2 | 21 | 31-77 | 20 | |
|
Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 20. Şahin Əliyev (Sumqayıt) - 15. | |||||||
Fanat.az