Hazırlığını Avstriyada davam etdirən "Neftçi" ispaniyalı futbolçu Xuan Alberto Mellini transfer edib. Fanat.az xəbər verir ki, bu barədə klubun əsmi saytı məlumat yayb.
Müdafiəçi yeni klubunda 5 nömrəli formanı geyinəcək. "Neftçi" oyunçu ilə 1+1 illik müqavilə imzalayıb. Xuan Alberto karyerası ərzində "Betis", "Tenerife", "Gent", "Şerif", "Erqotelis" və "Simurq" klublarında çıxış edib.
Qeyd edək ki, Mellinin transferi ilə bağlı ilk xəbəri dünən Fanat.az yaymışdı.

Fanat.az