2015/16 mövsümünü 6-cı pillədə başa vuran "Neftçi" heyətini gücləndirmək niyyətindədi. Fanat.az xəbər verir ki, bakılılar artıq bir neçə futbolçu ilə danışıqlar aparır.
Sport7.az-ın əldə etdiyi məlumata görə, bunların arasında AZAL-ın futbolçusu Tural Hümbətov da var. 22 yaşlı müdafiəçi ilə demək olar ki, artıq ilkin razılıq əldə olunub.
Qeyd edək ki, Hümbətov başa çatan mövsümdə "təyyarəçilər"in əsas heyət üzvlərindən biri olub. Ancaq avrokuboklara vəsiqə qazanan "Neftçi"nin AZAL-ı futbolçusuna ümid etməsi də maraqlı addımdı.
Fanat.az