"Neftçi"dən ayrılan Kaue da Silvanın yeni klubu müəyyənləşib.
Fanat.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını İsrail çempionatında davam etdirəcək. Belə ki, 26 yaşlı futbolçu Təl Əviv "Hapoel"inə keçib.
Qeyd edək ki, 2014-cü ildən "Neftçi"də çıxış edən Kaue da Silva keçirdiyi 55 oyunda 2 qol vurub. O, əvvəllər vətənində "Esporte", "Korintians Alaqoano", "Qama", Portuqaliyada "Leyxoes", "Olhanense" və Rumıniyada "Vasluy" klublarının formasını geyinib.
Fanat.az