"Neftçi"dən ayrılan futbolçu Paraqvay klubunda - FOTO

"Neftçi"dən ayrılan futbolçu Paraqvay klubunda - FOTO

"Neftçi"dən ayrılan Erik Ramosun yeni klubu müəyyənləşib. Fanat.az Paraqvayın d10.paraguay.com saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi "Rubio Nu" klubuna keçir.

Ramos yeni klubu ilə bir illik müqavilə imzalayıb. "Rubio Nu" Eriklə yanaşı, argentinalı Leandro Qratsiyanı da transfer edib.

Qeyd edək ki, Ramos "Neftçi"yə məhz "Rubio Nu"dan gəlmişdi. 2012-2014-cü illərdə Bakı klubunda icarə əsasında çıxış edən paraqvaylı futbolçunun transfer hüququ 2014-cü ildə alınmışdı. Yarımmüdafiəçi "Neftçi"də 164 oyun keçirib və 6 qol vurub.

"Neftçi"dən ayrılan futbolçu Paraqvay klubunda - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər