"Neftçi”nin sabiq futbolçusu Xuan Alberto Melli karyerasını vətənində davam etdirəcək. Fanat.az xəbər verir ki, ispaniyalı müdafiəçi "Reus Deportiu” klubu ilə anlaşıb.
Növbəti mövsümü Sequndada çıxış edəcək 32 yaşlı müdafiəçinin transferi bu gün ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, Melli ölkəmizdə "Neftçi" ilə yanaşı, fəaliyyətini dayandıran "Simurq"da da çıxış edib. Bundan başqa o, "Betis", "Gent" və "Tenerife" kimi klubların da formasını geyinib.
Fanat.az