"Neftçi"də ukraynalı məşqçi - RƏSMİ

"Neftçi"də ukraynalı məşqçi - RƏSMİ
“Neftçi” ukraynalı məşqçi Aleksandr Deriberin ilə müqavilə bağlayıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək. 
Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində “Drujba” Maykop (1985-1989, 1992-1993), “Spartak” Anapa (1990), “Ximik” Beloreçensk (1991) və “Etalon” (1991) klublarının şərəfini qoruyub. Ukraynanın “Nafkom” (2005-2007), “Zvezda” Kirovoqrad (2010-2011) və “Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib. Köməkçi məşqçi kimi isə “Niva” (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər