"Neftçi" braziliyalı yarımmüdafiəçi Flavinyo ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçunun gedişinin səbəi açıqlanmayıb. "Neftçi" Flavinyoya gələcək karyerasında uğurlar arzulayıb.
1983-cü il iyul ayının 27-də Braziliyada doğulmuş Flavio Aleks Valensio peşəkar futbol karyerasına elə vətənində başlayıb. 2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo "ağ-qaralar"ən heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub. Bakı klubunun heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.
Fanat.az