"Neftçi"də "zəlzələ": hamısı gedir

"Neftçi"də "zəlzələ": hamısı gedir
Cari mövsümdə çıxışı ilə azarkeşlərin və mətbuatın tənqid hədəfinə çevirilən "Neftçi" növbəti dəfə islahatlara hazırlaşır. Fanat.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik yayda heyətdə böyük ölçüdə dəyişikliklər aparacaq.
Hədəfdə əsasən legionerlər olacaq. Bunun əsas səbəbi onların istənilən səviyyədə oyun sərgiləməməsidi. Vəli Qasımovun komandaya cəlb etdiyi "qoca futbolçular" bu günə qədər həm azarkeşlərin, həm də mətbuatın tənqid hədəfinə çevirilib. Bu səbəbdən də "Neftçi" rəhbərliyi onları yola salmaq və daha ucuz qiymətə yeni oyunçuları heyətə cəlb etməyə çalışacaq.
Gedəcək futbolçulardan biri Aylton Silvadı. "Neftçi" onu Braziliyanın "Fluminense" klubundan icarəyə götürüb. İcraçı direktor Elnur Məmmədovla Vəli Qasımovun tapıntısı hesab olunan braziliyalı komandanın heyətində 38 oyun keçirib və 3 qol vurub. İntizamsızlığı ilə seçilən "sambaçı" 38 oyunda 14 sarı və 3 qırmızı vərəqə alıb. "Ağ-qaralar" icarə müqaviləsi başa çatan Silva ilə yeni anlaşma imzalamaq niyyətində deyil.
"Neftçi"də ən çox tənqid edilən futbolçulardan biri də Anetedi. Vəli Qasımovun "kəşf" edib ölkəmizə gətirdiyi 30 yaşlı "gənc futbolçu" heç cür özünü göstərə bilmir. İspan hücumçu keçirdiyi 29 oyunda 3 qola imza atmaqla özünü tənqid hədəfinə çevirib. "Neftçi" rəhbərliyi "Qarabağ"la final oyunundan sonra onun üçün İspaniya bileti sifariş edəcək.
2012/13 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi, Premyer Liqanın bombardiri olan Nikolas Kanalesin üçüncü "Neftçi" karyerası daha qısa sürəcək. Çünki klub rəhbərliyinin qara siyahısında onun da adı var. 8 ayağına top dəymədikdən sonra bir müddət əvvəl Bakıda peyda olan çilili futbolçu 7 oyunda 1 qola imza atmaqla Elnur Məmmədovla Vəli Qasımovun bütün ümidlərini puç edib. Final matçından sonra Kanales də Bakını tərk etməli olacaq.
2012-ci ildən "ağ-qara" formanı geyinən Erik Ramosun da "Neftçi" karyerası başa çatmaq üzrədi. Düzüd, Vəli Qasımov son oyundan sonra onun gedişi ilə bağlı qərar vermədiyini bildirib. Amma paraqvaylı futbolçunun gələn mövsüm komandanın heyətində olmayacığı dəqiqdi. Ramos 2012-2016-cı illərdə "ağ-qara" formanı 164 dəfə geyinib və 6 qola imza atıb.
Legionerlərdən yalnız Mellinin taleyinə hələ tam aydınlıq gəlməyib. Yayda "Simurq"dan "Neftçi"yə keçən ispan müdafiəçi ilə bağlı qərar "Qarabağ" matçından sonra veriləcək. Melli "Neftçi"nin heyətində 30 rəsmi oyuna çıxıb.
Jayro Rodrigeslə bağlı vəziyyət isə fərqlidi. Braziliyalı müdafiəçiyə "Qəbələ"dən və ölkəmizdən kənardan təkliflər var. "Qəbələ"dən daha yaxşı maaş vədi alan "sambaçı" böyük ehtimalla yayda bölgə klubuna üz tutacaq. O, ötən ilin sentyabrında gəldiyi ölkəmizdə 23 rəsmi oyuna çıxıb və 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər