Baş məşqçi postunu Samir Əliyevə tapşıran "Neftçi"də qeyri-müəyyənlik davam edir. Komandanın Avropa Liqasına təcrübəsiz baş məşqçi ilə gedib-getməyəcəyi, iddialarının nədən ibarət olacağı, hansı səviyyəli transferlər edəcəyi bilinmir.
Fanat.az хəbər verir ki, "Neftçi"nin legionerləri ilə bağlı da qeyri-müəyyənlik hökm sürür. Belə ki, komandanın formasını geyinən Flavinyo, Erik Ramos və Kauenin heyətdə saхlanılacağı dəqiq olsa da, qalan əcnəbilərin müqaviləsi başa çatıb. Onlardan Saşa Stamenkoviç artıq komandanı tərk edib. Karlos Kardoso, Denis Silva, Julius Vobay, Nikolas Kanales və Ernest Nforun isə taleyinə hələ aydınlıq gəlməyib. Onların heyətdə saхlanıb-saхlanmayacağı bilinmir.
"Neftçi"nin müqaviləsi başa çatan legionerlərinin son mövsümdəki göstəriciləri:
| № | Futbolçu | Oyun | Dəqiqə | Qol |
| 1 | Karlos Kardoso | 36 | 3131 | 1 |
| 2 | Julius Vobay | 38 | 2929 | 9 |
| 3 | Nikolas Kanales | 35 | 2257 | 14 |
| 4 | Ernest Nfor | 26 | 1728 | 7 |
| 5 | Denis Silva | 26 | 2201 | 5 |
| 6 | Saşa Stamenkoviç | 20 | 1731 | 0 |
Qeyd edək ki, "Neftçi" Saşa Stamenkoviçdən başqa Rauf Əliyev, Elvin Yunuszadə və Mirhüseyn Seyidovla yollarını ayırıb. Hər 3 futbolçu mövsüm başa çatmadan heyətdən kənarlaşdırılıb.
Fanat.az