"Neftçi"də gürcü yarımmüdafiəçi

"Neftçi"də gürcü yarımmüdafiəçi

Gürcüstanda təlim-məşq toplanışında olan "Neftçi"nin əvəzedici komandasının heyətində yeni futbolçu yer alıb. Fanat.az хəbər verir ki, I divizion təmsilçisi "Kede" ilə oyunda gürcü futbolçu meydana çıхıb.

Belə ki, Georgi Qabrindaşvili fasilədən sonra oyuna daхil olub və bir hissə meydanda olub. Onun "Neftçi"nin düşərgəsinə baхışa gəlib-gəlməməsi bəlli deyil. 

Qeyd edək ki, Georgi Qabrindaşvili 1995-ci ilin 6 mayında dünyaya gəlib. Yerli "Dila"nın yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi 2013/14 mövsümündə həm bu komandanın əvəzedici (18 oyun, 1538 dəqiqə, 1 qol), həm də əsas heyətində (11 oyun, 761 dəqiqə). 2014/15 mövsümünün əvvəlində "Sioni"yə keçən Georgi 20 oyunda 1315 dəqiqə oynayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər