"Neftçi"də daha bir ayrılıq yaşanıb. Fanat.az xəbər verir ki, klub seleksiyaçı-məşqçisi Bəxtiyar Musayev yollarını ayırıb.
Bəxtiyar Musayevin özü də bunu qaynarinfo.az-a açıqlamasında təsdiqləyib: "Neftçi"dən 1 aydan çoxdu ki, ayrılmışam. Öz istəyimlə klubdan getmişəm. Klub rəhbərliyi ilə bəzi məsələlərdə anlaşa bilmədik. Anlaşmamazlıqlar, fikir ayrılıqları çox oldu. Hələ ki məcburi istirahətdəyəm. Yeni iş planları barədə düşünməmişəm".
Musayev "Neftçi"nin çempion olduğu dönəmlərlə indiki arasındakı fərqin səbəbini də açıqlayıb: "Dünənki oyunu stadiondan izlədim. Əvvəlki "Neftçi" ilə indiki arasında böyük fərqin olmasının səbəbi klubun strategiyasının dəyişməsindədi. Əvvəllər komandadan başqa şeylər tələb olunurdu, indi isə başqa. İndi komandada gəncləşdirmə adı ilə işlər aparılır".
Fanat.az