Təlim-məşq toplanışını Türkiyənin Afyon şəhərində davam etdirən “Neftçi” daha bir futbolçunu baxışa çağırıb. Fanat.az xəbər verir ki, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdi.
28 yaşlı futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik", və "Beroe" klublarında çıxış edib. Sonuncu dəfə "Levski"nin formasını geyinib (2014/15 mövsümü, 36 oyun).
Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.
Fanat.az