"Neftçi"də böhran!

"Neftçi"də böhran!

"ASAN xidmət"lə titul sponsorluğu müqaviləsi imzalayan "Neftçi"nin qələbə qazanması yaman çətinləşib. 

Fanat.az xəbər verir ki, "ağ-qaralar" 2 oyunda nəinki qələbə, hətta 1 xal üzünə də həsrətdi.

Geridə qalan 8 turdan sonra cəmi 9 xal toplayan komandanın uğursuzluğunda baş məşqçi və futbolçular hər nə qədər günahkar hesab edilirsə, rəhbərliyin də məsuliyyəti onlardan az deyil. Məsələ burasındadı ki, "Neftçi" rəhbərliyi futbolçularını maaş üzünə həsrət qoyub. 

Əldə etdiyimiz məlumata görə, 2 aydı komanda üzvlərinə 1 qəpik də olsun belə, pul ödənilmir. Futbolçunun qəpik üzünə həsrət qoyan rəhbərlik, bu ayın sonunda onlara maaşının ödəniləcəyini bildirib. Amma verilən sözə əməl edilib-edilməyəcəyi isə sual altındadı.//Sport7.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər