"Neftçi"dә maliyyә problemlәri var"

"Neftçi"dә maliyyә problemlәri var"
"Qarabağ" daha yaxşı oynadı və layiqli qələbə qazandı. Hazırda "Neftçi"də çoxlu problemlər var və məğlubiyyətin də səbəbi bu problemlərdi. Bu problemlərin nədən ibarət olduğunu açıqlamaq istəməzdim. Bunun içinə maliyyə, qısaca, hər şey daxildi". Fanat.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında "Neftçi"nin forvardı Ernest Nfor deyib.
"Bu qarşılaşmanı "Neftçi"dəki son oyunun hesab etmək olar" sualına isə kamerunlu hücumçunun cavabı belə olub: "Xeyr, mən belə deməzdim. Müqaviləmə görə, daha bir il qalıb oynamaq istəyərdim, ancaq indidən nəsə demәk çətindi. İndi mövsümün yorğunluğunu çıxaracam. Daha sonra karyeramla bağlı qərarımı verəcəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər