Təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutmayan klublar arasında keçirilən qış turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün turnirdə daha bir matç baş tutub.
Günün yeganə oyununda "Neftçi" MOİK-i sınağa çəkib. Hesabı I divizion klubu açsa da, "ağ-qaralar" əzmkar qələbə sayəsində birinci pilləni yenidən ələ keçirib.
III tur
19 yanvar
MOİK - Neftçi 1:2
Qollar: Röyal Nəcəfov, 19 - Kaue da Silva, 45. Anete, 90+2.
Bayıl stadionu.
| 1 | Neftci | 3 | 2 | 1 | 0 | 4-2 | 7 |
| 2 | AZAL | 3 | 2 | 0 | 1 | 5-3 | 6 |
| 3 | Neftçala | 2 | 0 | 2 | 0 | 3-3 | 2 |
| 4 | Şərurspor | 2 | 0 | 1 | 1 | 4-5 | 1 |
| 5 | MOİK | 2 | 0 | 0 | 2 | 1-4 | 0 |
Fanat.az