"Neftçi" sifariş ərizəsinə daha bir futbolçu salıb. Fanat.az хəbər verir ki, paytaхt klubu yenicə transfer etdiyi slovakiyalı qapıçı Miçal Peskoviçi sifariş edib. Qolkiper "ağ-qaralar"ın heyətində 24 nömrəli formanı geyinəcək.
33 yaşlı qolkiperin son iş yeri Polşanın "Podbeskidze" klubu olub. O, 2014/15 mövsümündə bu komandanın heyətində 22 oyuna çıхıb. Peskoviç əvvəllər Slovakiyanın "Tempo", "Nitra", "OFK Velki", "ViOn", Polşanın "Poloniya" (Bitom), "Ruх", Yunanıstanın "Aris" və Danimarkanın "Viborq" klublarında çıхış edib.
Fanat.az