"Neftçi"də yeni təyinatlar reallaşıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Baş məşqçi postuna Elxan Abdullayev təyin edilib. Bu postda Vəli Qasımovu əvəzləyən mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov edilib. O, bu vəzifədə adaşı Elnur Məmmədovu əvəzləyib.
İdman direktoru vəzifəsi Orxan Hüseynzadəyə həvalə olunub. Bu postu indiyədək baş məşqçi Vəli Qasımov tuturdu.
İslam Abbasov isə klubun inzibati işlər üzrə baş meneceri təyin edilib
"Neftçi" elan edib klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.
Fanat.Az