Baş məşqçi məsələsi ilə bağlı qərar verib, Vəli Qasımovu postunda saxlayan "Neftçi"də dəyişiklik olacaq. Fanat.az xəbər verir ki, paytaxt klubuna yeni idman direktoru cəlb olunacaq.
Hazırda Vəli Qasımov iki vəzifəyə rəhbərlik edir. Belə ki, 47 yaşlı mütəxəssis baş məşqçi olmaqla yanaşı, həm də köhnə vəzifəsində - idman direktoru postunda qalır. "Neftçi" rəhbərliyi onun bir işlə kifayətlənməsini istəyir və yeni idman direktoru axtarır. Yaxın günlərdə Vəli Qasımovun yerinə təyinatın olması gözlənilir.
Fanat.az