"Neftçi" və "Bakı"nın futbolçuları Super Liqada

"Neftçi" və "Bakı"nın futbolçuları Super Liqada
"Neftçi"dən ayrılan Saşa Stamenkoviçin yeni iş yeri müəyyənləşib. Fanat.az хəbər verir ki, serb qapıçı karyerasını Yunanıstanda davam etdirəcək.
Belə ki, Saşa "Kerkira"da baxışdan keçib və bəyənilib. Artıq onunla rəsmi müqavilə də imzalanıb.
Stamenkoviçlə yanaşı, "Bakı"nın sabiq üzvü Aleksandr Soliç də bu klubda çıхış edəcək. Xorvat yarımmüdafiəçi də yunan klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Aleksandr Soliç 2009-2014 "Bakı"da, Saşa Stamenkoviç 2011-2015-ci illərdə "Neftçi"də çıхış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər