"Neftçi" söz verdi - BƏYANAT

"Neftçi" söz verdi - BƏYANAT

"Neftçi"nin separatçı rejimləri təmsil edən komandalarla eyni turnirdə iştirak etməsi ilə bağlı хəbər yaymışdıq. Belə ki, "ağ-qaralar"ın U-14 komandası Rusiyanın Krasnodar şəhərində keçirilən "Dəri top" turnirində iştirak edib. Turnirin qalibi olan "Neftçi" yarışda Abxaziyanın “Qudauta” və Cənubi Osetiyanın "Barsalan" komandaları ilə qarşılaşıb.

Gürcüstanın ərazisində separatçı rejimlər tərəfindən elan olunan bu respublikaların müstəqilliyini Azərbaycan tanımır və onlarla bir turnirdə iştirak etmək milli maraqlarımıza ziddi. Ötən gün bu məqamları qabartdığımız yazıya "Neftçi" bu gün münasibət bildirib. Rəsmi saytı vasitəsi ilə bəyanat yayan klub rəhbərliyi səhvini etiraf edib: 

"Rusiya Futbol İttifaqı tərəfindən AFFA-ya hər il olduğu kimi, bu il də ənənəvi dəvət göndərilib və Krasnodar şəhərində keçirilən turnirə Azərbaycanı təmsil edən 14 yaşadək futbolçulardan təşkil olunmuş bir komanda dəvət olunub. “

Neftçi” PFK-nın U-14 komandasının ötən mövsüm ölkə çempionatının qalibi olmasını nəzərə alan AFFA bu dəvəti “Neftçi” PFK-ya yönəldib və klub bu yaş qrupuna aid olan komandanı beynəlxalq təcrübəyə yiyələnməsi üçün Rusiyaya ezam edib. Təəssüf ki, "Rusiya Futbol İttifaqı turnirin təqvimini və iştirakçı komandaların adlarını yalnız ilk oyun günü açıqlayıb. Turnirdə hər hansı ölkəni təmsil edən yığmanın olmadığını, yalnız klubların iştirakını və 13-14 yaşlı uşaqların çıxış etməsini, bu yaşda futbolçular üçün siyasi proseslərin idman prinsiplərinə mane olmamasının vacibliyini nəzərə alan “Neftçi” PFK komandanın Krasnodar şəhərindəki turnirdə çıxışını davam etdirməsinə etiraz etməyib.

Təbii ki, medianın bu məsələyə münasibətdə həssaslığı anlaşılandı. Bildiririk ki, gələcəkdə bu kimi məsələlərə daha diqqətlə yanaşılacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər