Transfer pəncərəsi bağlansa da "Neftçi" yeni futbolçu axtarışlarını davam etdirir. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, paytaxt klubunun maraq dairəsində olan futbolçulardan biri də serbiyalı Marko Milinoviçdi.
Futbolçunun mövsüm öncəsi "Neftçi"yə keçidi gündəmdə olsa da məxsus olduğu Slovakiyanın "Slovan" klubu onun üçün böyük məbləğ tələb edib. Hansı ki, bu məbləğ bakılılar üçün çox olub. Bununla belə, "Neftçi" Markonu yenə diqqətdəs axlayır və qışda yarımmüdafiəçiyə yenidən təklif göndərəcək.
Qeyd edək ki, Milinkoviş Serbiyanın U-21 və əsas millisində də forma geyinib.
Fanat.az