"Neftçi" hazırlıqlarını Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, "ağ-qaralar" iyulun 19-da Afyonkarahisar şəhərinə yollanacaq.
Bakı klubu qardaş ölkədə "Korel Termal" otelində məskunlaşacaq. Avqustun 1-dək davam edəcək hazırlıq müddətində "Neftçi" 3 yoxlama matçı keçirəcək.
İlk oyun Səudiyyə Ərəbistanının "Əl-Faysali" klubuna qarşı baş tutacaq. Ardınca "Neftçi" Samuel Etonu heyətinə qatan "Antalyaspor"la qarşılaşacaq. Son rəqib isə Yunanıstanın "Panionios" klubu olacaq. Hazırda "Neftçi"də çıхış edən Araz Abdullayev 2012-ci ildə icarə əsasında bu klubda forma geyinib.
24.07.2015 Neftçi - Əl-Faysali (Səudiyyə Ərəbistanı)
28.07.2015 Neftçi - Antalyaspor (Türkiyə)
31.07.2015 Neftçi - Panionios (Yunanıstan)
Fanat.az