"Neftçi" Premyer Liqanın XXXI turunda "Zirə"ni qəbul edəcək. Fanat.az xəbər verir ki, qonaqlar güclülər dəstəsinə cari mövsümdə çıxdığı üçün bu komandalar arasında 4-cü oyun olacaq.
İndiyədək baş tutan 3 oyunda "Neftçi" qələbə sevinci yaşamayıb. Belə ki, "Zirə" 2 dəfə 3 xalı aktivinə yazıb, 1 matç "sülh"lə bitib. Top fərqi də debütantın xeyirinədi - 6:1.
“Zirə” baş tutan bütün matçlarda qol sevinci yaşayıb. "Neftçi" isə yalnız birində qola sevinə bilib.
| 03.10.2015 | Zirə (Bakı) – Neftçi (Bakı) | 2:0 |
| 06.12.2015 | Neftçi (Bakı) - Zirə (Bakı) | 1:1 |
| 27.02.2016 | Zirə (Bakı) – Neftçi (Bakı) | 3:0 |
Fanat.az