"Neftçi" "sülh" bağladı

"Neftçi" "sülh" bağladı
“Neftçi” Afyonkarahisardakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, komanda Türkiyənin “Alanyaspor” klubu ilə qarşılaşıb. 
Görüş 1:1 hesabı ilə başa çatıb. Rəqib ikinci hissədə hesabı açsa da, Ruslan Qurbanov 67-ci bərabərlik qolunu vurub.
“Neftçi”nin start heyəti belə olub: Aqil Məmmədov, Melli, Rahil Məmmədov, Kamal Qurbanov, Aylton, Erik Ramos, Kaue, Elşən Abdullayev, Samir Məsimov, Fəhmin Muradbəyli, Məhəmməd Qurbanov.
Sonradan meydana daxil olanlar: Oleq Litovka, Elvin Bədəlov, Mirabdulla Abbasov, Məqsəd İsayev, Ruslan Qurbanov, Əziz Quliyev, Orxan Bəşirov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər