Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" bu gün ikinci təsnifat mərhələsində ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, təmsilçimiz doğma azarkeşləri önündə Makedoniya "Şkendiya"sını qəbul edib.
90 dəqiqənin tamamında qapılaraqol vurulmayıb - 0:0. Beləliklə cütün taleyinə Makedoniyadakı oyunda aydınlıq gələcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Makedoniyada keçiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
14 iyul
Neftçi (Azərbaycan) - Şkendiya (Makedoniya) 0:0
Hakimlər: Sergey Sinkeviç, Yevgeni Romanov, Vitali Malitsin, Viktor Şimusik (hamısı Belarus).
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya).
UEFA nümayəndəsi: Dimitri Bokeriya (Gürcüstan).
Bakı. "Bakcell Arena".
"Neftçi": Krşevan Santini, Jairo, Araz Abdullayev (k), Ruslan Qurbanov, Murad Ağayev, Rəhman Hacıyev, Fəhmin Muradbəyli, Vançe Şikov, Məqsəd İsayev, Dario Melnyak, Edson Kastilyo
Ehtiyat oyunçular: Kamran İbrahimov, Elşən Abdullayev, Rahil Məmmədov, Cavid İmamverdiyev, Kamal Qurbanov, Ömər Buludov, Elvin Bədəlov
"Şkendiya": Zahov, Bejtulai, Alimi, Kukuilo, İbraimi, Hasani (k), Radeski, Stenio Junior, Demiri, Todorovski, Vujçiç
Ehtiyat oyunçular:Jovanovski, İmeri, Murati, Bojku, Viktor Juffo, Taipi, Polozani
Fanat.az