"Neftçi" - "Qəbələ": ikinci dəfə

"Neftçi" - "Qəbələ": ikinci dəfə
Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilir. Fanat.az xəbər verir ki, final vəsiqə uğrunda yarışacaq "Neftçi" və "Qəbələ" arasında ilk matçı "Bakcell Arena"da baş tutacaq.
Komandalar bundan əvvəl kubokda cəmi bir dəfə rəqib olub. Belə ki, onlar 2013/14 mövsümündə finalda üz-üzə gəlib. 2014-cü ilin 22 mayında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 52-ci dəqiqədə "ağ-qaralar"dan Samir Məsimov açıb. 71-ci dəqiqədə Marat İzmayılov bərabərliyi təmin edib. Penalti seriyasında 3:2 hesablı qələbə qazanan "Neftçi" 7-ci dəfə kuboka sahib çıxaraq rekordunu möhkəmləndirib.

2013/14

final

Qəbələ - Neftçi (Bakı)

1:1, pen. 2:3

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu aprelin 27-də "Bakcell Arena"da keçiriləcək və saat 19.00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Qəbələ şəhər stadionunda baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər