Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin hazırlıq planında dəyişikliklər olub. Fanat.az xəbər verir ki, "ağ-qaralar" yoxlama oyununda əvvəlcədən nəzərdə tutulduğu kimi Yunanıstanın “Panionios” klubu ilə deyil, Türkiyə “Alanyaspor”u ilə qarşılaşacaq.
Bundan əlavə, sınaq matçlarının günləri də dəyişdirilib. Belə ki, “Neftçi” - “Alanyaspor” oyunu iyulun 23-də baş tutacaq. Ayın 24-ə təyin olunmuş “Əl-Faysali” ilə oyun 28-ə keçirilib. "Antalyaspor"la iyulun 28-də baş tutmalı olan matç isə 31-də keçiriləcək.
23.07.2015 Neftçi - Alanyaspor (Türkiyə)
28.07.2015 Neftçi - Əl-Faysali (Səudiyyə Ərəbistanı)
31.07.2015 Neftçi - Antalyaspor (Türkiyə)
Fanat.az