Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında II turu oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
"Qəbələ" səfər oyununda AZAL-a 1:2 hesabı ilə yenilib. "Qarabağ" üçün də "Rəvan"la səfər matçı uğursuz alınıb - 0:1.
İkinci oyun günündə daha iki matç keçirilib. "Sumqayıt" evdə "Xəzər Lənkəran" 4:1 hesabı ilə yenib. "Kəpəz" - "Zirə" oyununda isə qalib müəyyənləşməyib - 0:0.
Son matç son oyun günündə baş tutub. "Neftçi" səfər oyununda "İnter"i darmadğın edib - 4:0.
Əvəzedici heyətlər
2015/16 mövsümü
I dövrə, II tur
14 avqust
AZAL - Qəbələ 2:1
Qollar: Süleyman Mustafazadə, 38. Cavid Hümbətli, 83 - Baxşəli Baxşəliyev, 17.
Rəvan - Qarabağ 1:0
Qol: Xanlar Teymurov, 90+1.
15 avqust
Sumqayıt - Xəzər Lənkəran 4:1
Qollar: Ramil Orucov, 28. Emil Həsənov, 32. Xaliq İbrahimov, 67. Aqil Güləhmədov, 90+4-pen - Kamal Dənziyev, 15.
Kəpəz - Zirə 0:0
16 avqust
İnter - Neftçi 0:4
Qollar: Kamran Nəcəfzadə, 41; 45. Nurxan Mənsimzadə, 53. Aqşin Qurbanlı, 73.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçi | 2 | 2 | 0 | 0 | 7-0 | 6 | |
| 2 | Sumqayıt | 2 | 2 | 0 | 0 | 8-2 | 6 | |
| 3 | Zirə | 2 | 1 | 1 | 0 | 1:0 | 4 | |
| 4 | Rəvan | 2 | 1 | 0 | 1 | 2-4 | 3 | |
| 5 | AZAL | 2 | 1 | 0 | 1 | 2-2 | 3 | |
| 6 | Xəzər Lənkəran | 2 | 1 | 0 | 1 | 4-6 | 3 | |
| 7 | Qarabağ | 2 | 1 | 0 | 1 | 1-1 | 3 | |
| 8 | Kəpəz | 2 | 0 | 1 | 1 | 0-3 | 1 | |
| 9 | Qəbələ | 2 | 0 | 0 | 2 | 1-3 | 0 | |
| 10 | İnter | 2 | 0 | 0 | 2 | 2-7 | 0 | |
|
Bombardirlər | Emil Həsənzadə (Sumqayıt) - 4. Ramil Mansurov (İnter), Etibar Süleymanov (Neftçi), Kamran Nəcəfzadə (Neftçi), Aqşin Qurbanlı (Neftçi), Kamal Dənziyev (Xəzər Lənkəran) - 2. | |||||||
Fanat.az