“Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində bu gün keçirəcəyi yoxlama oyununun başlanma vaxtında dəyişiklik edilib.
Fanat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubu ilə görüş Bakı vaxtı ilə əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20.30-da deyil, 22.30-da başlayacaq. Oyun Afyonkarahisar İdman Kompleksində baş tutacaq.
Fanat.az